r/azerbaijan • u/kurdechanian • 1h ago
r/azerbaijan • u/adea03 • Aug 02 '26
Megathread 🪖 Megathread: Hərbi Xidmət və Çağırış
Əziz r/azerbaijan üzvləri!
Subreddit-də hərbi xidmət, çağırış yaşları, təhsil möhlətləri, sağlamlıq statusları, xaricdə olan vətəndaşların hüquqi vəziyyəti və s. ilə bağlı tez-tez eyni suallar verilir. Mövzuların dağınıq olmaması və hər kəsin cavablar tapması üçün bu Megathread-i paylaşmaq qərarına gəldik.
1. 📚 Təhsilə görə möhlət hüququ, yaş limitləri, çağırış tarixləri və tibbi müayinə
Çağırış tarixləri: Müddətli həqiqi hərbi xidmətə çağırış il ərzində 4 dəfə keçirilir — yanvar, aprel, iyul və oktyabr aylarında.
Çağırış yaş həddi: Qanunvericilikdə edilən son dəyişikliklərə əsasən həqiqi hərbi xidmətə çağırışın son yaş həddi 30 yaş müəyyən edilmişdir (18-30 yaş arası).
Təhsilə görə möhlət yaş limitləri:
- Tam orta təhsil (Məktəb): Təhsilini bitirməyənlərə 20 yaşına qədər.
- Bakalavriat (əyani): 24 yaşı tamam olanadək (ölkədə və ya xaricdə).
- Magistratura (əyani): 26 yaşı tamam olanadək.
- Rezidentura və Doktorantura: Təhsil müddəti bitənədək. (Doktorantura qəbul imtahanının 1-ci mərhələsini keçənlərə əlavə 3 ay möhlət verilir).
Qeyd: Möhlət hüququ hər təhsil pilləsi üzrə yalnız bir dəfə verilir. Qiyabi təhsil alanlara möhlət verilmir. Postun aşağısındakı Qeyd 1-ə baxın.
Çağırışdan öncəki tibbi yoxlanış:
- Çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra SHXÇDX olaraq qısaldılacaq) tərəfindən rəsmi çağırış vərəqəsi və ya elektron kabinet vasitəsilə məlumatlandırılır.
- İlk növbədə yerli rayon/şəhər tibb komissiyasında (terapevt, cərrah, nevropatoloq, psixiatr, göz həkimi, LOR və s.) müayinə olunursunuz.
- Şübhəli və ya əlavə yoxlanış tələb edən xəstəlik aşkarlanarsa, çağırışçı mərkəzləşdirilmiş dövlət xəstəxanalarına yönləndirilir.
2. ⚖️ Əsgərlikdən yayınma, hüquqi prosedurlar və 30 yaşdan sonra ölkəyə qayıdış
Çağırışa vaxtında getmədikdə nə olur?
- Üzrlü səbəb (xəstəlik, təbii fəlakət və s.) olmadan çağırış vərəqəsi üzrə gəlməmək inzibati və ya cinayət məsuliyyəti yaradır.
- Sistemli şəkildə boyun qaçıranlar haqqında materiallar Prokurorluq orqanlarına göndərilir.
- Cinayət Məcəlləsinin 321-ci maddəsi (Hərbi xidmətdən boyun qaçırma): Qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınma 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Postun aşağısındakı Qeyd 2-ə baxın.
30 yaşa qədər xaricdə qalıb 30 yaşdan sonra gələnləri nə gözləyir?
- 30 yaşınız tamam olsa da, xidmətdən yayınmısınızsa, cinayət məsuliyyətindən azad olmursunuz.
- Sərhəddən keçərkən və ya ölkəyə daxil olduqda haqqınızda axtarış/məhdudiyyət qərarı olduğu üçün saxlanıla bilərsiniz.
- Məhkəmə qarşısına çıxarılırsınız. Məhkəmə cərimə, şərti cəza və ya azadlıqdan məhrum etmə qərarı verə bilər. Cəza çəkildikdən və ya məhkəmə prosesi bitdikdən sonra 30 yaşı keçdiyiniz üçün xidmətə aparılmırsınız, lakin haqqınızda cinayət işi / məhkumluq qeydi olur. Qeyd: Praktikada məhkəmənin bu şəkildə keçirilib keçirilməməsi müəmmalıdır. Şəxsi təcrübələri olanların bölüşməsini xahiş edirik.
3. 🚨 Ölkəyə gəlib-getmək limitləri və sərhəd məhdudiyyətləri
- Təhsil və ya digər qanuni əsasla rəsmi möhlət hüququnuz (və ya pasportunuzda möhlət möhrü/sistemdə qeyd) varsa, ölkəyə gəlib-getmək üçün heç bir say və ya gün limiti yoxdur.
- Möhlət hüququnuz yoxdursa və ya müddəti bitibsə, SHXÇDX tərəfindən ölkədən çıxışınıza "stop" (sərhəd məhdudiyyəti) qoyulur. Bu halda ölkəyə daxil ola bilsəniz də, hərbi məsələni həll etmədən ölkədən çıxa bilməyəcəksiniz.
4. ✈️ Xaricdə qalaraq üçüncü ölkələrə (Türkiyə, BƏƏ və s.) səyahət etmək
Əgər Azərbaycan vətəndaşı kimi xaricdəsinizsə və hərbi xidmətdən yayınmağa görə haqqınızda axtarış verilibsə:
- Üçüncü ölkələrə (məsələn Türkiyə, BƏƏ və s.) səyahət: Digər ölkələrin sərhəd xidməti sizin Azərbaycandakı hərbi statusunuzu yoxlamır. Keçərli pasportunuz və vizanız olduğu təqdirdə bu ölkələrə giriş-çıxış edə bilərsiniz. İnterpola da verilmir, bu durum sadəcə ölkə daxilində keçərlidir.
- ƏSAS RİSK — Pasport müddəti: Pasportunuzun müddəti bitdikdə xaricdəki Azərbaycan Səfirlik/Konsulluqlarına müraciət etməlisiniz. Hərbi mükəlləfiyyət sənədiniz (möhlət və ya hərbi bilet) olmadıqda səfirlik yeni pasport verməyəcək və ölkəyə qayıtmağınız üçün yalnız "Qayıdış şəhadətnaməsi" təqdim edəcək.
5. 🎖️ Milli Müdafiə Universiteti və DİM imtahanında 600+ bal toplayanlar
- Milli Müdafiə Universitetinə (MMU) qəbul: MMU-nun tərkibindəki hərbi liseylərə, Heydər Əliyev adına Hərbi İnstituta və s. qəbul xüsusi tibbi, fiziki və psixoloji seçimlərdən, həmçinin DİM imtahan nəticələrindən keçməklə həyata keçirilir.
- DİM imtahanında 600+ bal toplayan mülki ali məktəb məzunları: Son qərarlara və tətbiq edilən mexanizmə əsasən, mülki universitetləri bitirmiş və DİM imtahanında 600-dən yüksək bal toplayaraq qəbul olunmuş şəxslər həqiqi hərbi xidmətə çağırıldıqda, onların bilik və bacarıqlarından səmərəli tətbiq üçün Milli Müdafiə Universitetinin nəzdindəki xüsusi İntellektual Bölmələrdə / IT və analitik mərkəzlərdə xidmət keçməsi təmin olunur.
Bunun üçün şərtləri yerinə yetirən məzunlar öz SHXÇDX komisarlığına müraciət etməli, müsahibə mərhələsini uğurla keçməlidirlər. Müsahibəni keçə bilməyən namizədlər öz hərbi xidmətlərini normal qaydada başa vuracaqlar.
6. 🏥 Sağlamlıq vəziyyətinə görə xidmətə yararsızlıq statusları
Hərbi-həkim ekspertizası tərəfindən çağırışçılara verilən əsas statuslar:
- Müvəqqəti yararsız (Möhlət): Müalicəsi mümkün olan xəstəliklər (məsələn, çəki azlığı/artıqlığı, müvəqqəti cərrahi əməliyyat sonrakı bərpa dönəmi). Hər dəfə maksimum 1 il olmaqla, ümumilikdə 3 ilə qədər möhlət verilir.
- Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı (Hərbi bilet / Ehtiyat): Dinc dövrdə əsgərliyə aparılmır, ehtiyata keçirilir (məsələn, orta/ağır dərəcəli skolioz, düztabanlıq, görmə qüsurunun yüksək dərəcəsi, müəyyən daxili xəstəliklər). 30 yaşa qədər hər 3 ildən bir təkrar müayinə təyin oluna bilər.
- Həm dinc, həm də müharibə dövründə tam yararsız (Hərbi uçotdan çıxarılma): Ağır xroniki xəstəliklər, ağır əqli və psixoloji pozuntular, orqan çatışmazlıqları, ağır əlillik dərəcələri və s. Bu şəxslər hərbi uçotdan tamamilə çıxarılır.
Psixi və fiziki sağlamlıqla bağlı vacib qeyd: Psixiatrik diaqnozla (autizm spektr, ağır depressiv pozuntu, şizofreniya, şəxsiyyət pozuntuları və s.) yararsız statusu alan şəxslərin məlumatları müvafiq dövlət reyestrinə işlənilir. Bu status gələcəkdə surücülük vəsiqəsi almaq, dövlət qulluğunda çalışmaq və ya silaha sahiblik icazəsi almaq zamanı məhdudiyyətlər yarada bilər.
7. 💼 Qiyabi və ya əyani doktorantura təhsili alanların Azərbaycanda rəsmi işləməsi və möhlət məsələsi
Qiyabi və ya əyani, ölkə daxili və ya xaricində doktorantura təhsili alan çağırışçıların nəzərinə:
- Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) üzərindən nəzarət: SHXÇDX tərəfindən elektron sistem (ƏMAS / əmək müqaviləsi bildirişləri) üzərindən çağırışçıların Azərbaycandakı rəsmi iş statusları yoxlanılır.
- Möhlətin ləğvi riski: Qiyabi və ya əyani doktorantura təhsili alaraq eyni zamanda Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışan şəxslərdən işdən çıxmaq tələb oluna bilər. Əks halda təhsilin faktiki olaraq davam etdirilmədiyi əsas gətirilərək təhsilə görə verilməli olan möhlət hüququ imtina edilə bilər və həmin şəxslər hərbi xidmətə çağırıla bilərlər.
- Xüsusi diqqət yetirilməli hallar: Son dövrlərdə xüsusilə Şimali Kipr və oxşar gediş-gəlişli təhsil proqramlarında olan, ölkədə fiziki davamiyyət və rəsmi iş yeri olan şəxslərə nəzarət daha da gücləndirilib.
📌 Xüsusi qeydlər
- QEYD 1: Qanunla hər təhsil pilləsinə yalnız 1 möhlət nəzərdə tutulsa da, praktikada 2 dəfə möhlət almaq halları ilə qarşılaşılır. Bu, əsasən, 1-ci başladığınız təhsili bitirmədən 2-ci eyni pilləli təhsilə müraciət etdikdə təmin edilir. Bu kimi halların spesifik nüansları qeydiyyatda olduğunuz səfərbərlik komitəsi ilə əlaqəyə keçərək öyrənilməlidir.
- QEYD 2: Qanunən davamlı olaraq əsgərlikdən yayınma halı baş tutduqda və iş prokurorluğa qədər getdikdə 2 ilədək həbs nəzərdə tutulsa da, praktikada həbs edilən şəxslər bilinən qədərilə olmur. Prokurorluğa gedib, 30 yaşa qədər təhsil və s. digər işlərlə məşğul olduğunu səbəb kimi gətirərək izahat yazan və məsələsi bağlanan insanlar mövcuddur. Təbii ki, sistemdə adınız yenə qalır.
- QEYD 3: Bu megathreadın əsas hissəsində bütün suallarınıza cavab tapmağınız mümkün olmaya bilər. Bunun üçün sizdən xahiş edirik öz təcrübənizi və cavabı tapılmayan suallarınızı şərh hissəsində yazasınız.
r/azerbaijan • u/JesusxPopexGod • Jun 15 '26
Megathread 🇦🇿 Mega-Thread: Azerbaijan Travel Tips, Places, Food & More (Ask + Share)
Welcome to the community-sourced travel mega-thread for Azerbaijan! Whether you're planning your first trip, returning, or just curious — this is your place to ask and share tips, places, warnings, food, and hidden gems.
We've gathered insights from locals, expats, and travelers — now it's your turn. Reply with your experiences or questions under any section below.
🏙 1. Top Places to Visit
📍 Baku
- Old City (Icherisheher): historic, charming, authentic soul of the city.
- Maiden Tower, Shirvanshah Palace, Carpet Museum, Heydar Aliyev Center – top cultural sights.
- Nizami Street, Molokan Garden, Baku Boulevard – modern walkways & shopping.
- Gobustan mud volcanoes, Ateshgah Fire Temple, Yanardag – unique day trips.
Local tip: true local life happens outside the tourist zones – check dayday cafes and Sədərək bazaar.
📍 Outside Baku (Regional Highlights)
- Sheki: Khan Palace, Kish village, Caravansaray, ancient mosques, hiking.
- Gabala: Tufandag Resort (ski + cable car), Seven Waterfalls, Nohur Lake, Gabaland amusement park.
- Lahij: Tat village known for copperware and scenic alleyways.
- Ganja: Bottle House, Naftalan oil spa, Göygöl Lake, German heritage.
- Quba & Khinalig: cooler nature, remote village experience.
- Lankaran: food tours, Stalin's prison, chicken stuffed with walnuts.
- Zaqatala, Oğuz, Nij: religious/ethnic diversity, ancient churches.
Locals are usually happy to guide lost tourists — don't hesitate to ask for directions in parks or shops.
In villages expect warm welcomes — tea invitations and local storytelling are common.
🛂 Visa & Entry Info
- eVisa available at the OFFICIAL portal: https://evisa.gov.az
- Allows a stay of up to 30 days, valid for a 3-month window from issue.
- Standard fee is around USD $30, processed in ~3 business days. Urgent option processed in ~3 hours.
- ⚠️ Watch out for lookalike agent sites charging $60–70+. They add a markup on top of the real government fee. Only use evisa.gov.az.
- Passport must be valid for at least 6 months from arrival.
- If you stay more than 15 days, you must register your address with the State Migration Service (your hotel usually handles this — confirm with them).
- No visa on arrival for most travelers; visa required even for short stays.
🧳 Sample Itinerary: 7 Days in Azerbaijan
- 🏙 Day 1–2: Baku (Old City, museums, Flame Towers)
- 🌋 Day 3: Gobustan mud volcanoes, Yanardag
- 🏔 Day 4: Gabala (Tufandag, Nohur Lake)
- 🕌 Day 5–6: Sheki + Kish village (Palace, temples, hiking)
- 🚂 Day 7: Return to Baku via Yevlakh or Gabala
🍽 2. Food & Dining
🍛 Must-try dishes:
- Plov (Shah plov) – saffron rice, lamb, fruits.
- Piti – slow-cooked meat soup (best in Sheki).
- Qutab – meat, greens or cheese in flatbread.
- Dolma (Three Sisters) – stuffed tomato, pepper, eggplant.
- Levengi – chicken/fish with walnut-pomegranate stuffing.
- Surhurlu, Makhara – regional Zaqatala dishes.
- Dovğa, Fisincan, Doner, Tandır bread, Bakhlava.
Vegetarian? Doable in Baku (Sumakh, dairy dishes, dolma variants), but options thin out fast in the regions. Learn to say "ətsiz" (no meat).
🚌 3. Transport Tips
In Baku:
- 🚖 Use Bolt or Uber – cheap, reliable, safe. Yango is another solid and sometimes cheaper alternative.
- 🚫 Avoid hailing traditional/unmetered taxis off the street – known for overcharging tourists.
- 💳 Pay through the app where possible; reduces disputes and skimming.
Metro & Bus:
- Metro fare is 0.60 AZN per ride. Same fare on buses.
- You can pay by tapping a debit/credit card or using a QR ticket via the m10 app — no BakıKart needed if you go that route.
- You can get a BakıKart for metro and buses. Plastic card has a 3 AZN non-refundable deposit; paper/limited-use cards (up to 4 trips) are also available.
- Metro runs ~06:00–24:00, trains every few minutes. Clean, cheap, marble everywhere. No step-free access at most stations — rough for wheelchairs/pushchairs.
- Avoid rush hours 08:00–09:30 and 18:00–19:00 if you have luggage.
From Airport:
- Bolt/Uber to the center = roughly 15–25 AZN depending on demand. App drivers may occasionally ask for extra at the airport.
- Cheapest official option: Airport Express bus H1 to 28 May (city center), pay with BakıKart. Runs 24/7. See https://www.airport.az/en/transport/
Intercity:
- Bus via "Biletim" app or at the Avtovagzal terminal (next to Avtovagzal metro).
- Marshrutkas (minibuses) available for shorter regional hops.
- Train to Sheki/Gabala (Yevlakh)/Ganja via the "ADY" app or buy at 28 May station. Comfortable but slow — take it only if you're not in a rush.
- Car rental is the best move for Gabala, Lahij, Quba, Khinalig.
🌄 4. Hidden Gems & Nature
- Villages:
- Kish – ancient Caucasian Albanian temple and a scenic village atmosphere.
- Nij – Udi Christian community and unique churches.
- Basqal – traditional silk weaving (kelaghayi) and handicrafts.
- Khinalig – remote high-altitude mountain village, breathtaking views.
- Lahij – historic village known for copper craftsmanship and cobbled streets.
- Nature:
- Shahdag & Tufandag – ski resorts with hiking and cable cars.
- Gobustan – mud volcanoes and ancient petroglyphs (UNESCO).
- Seven Waterfalls (Gabala) – picturesque falls and greenery.
- Nohur Lake – serene alpine lake, good for picnics.
- Cenlibel Lake – tranquil mountain lake, nature walks.
- Gachrash Forest – dense forest near Quba.
- Parigala – ancient cliffside castle with stunning views.
- Tip: Renting a car or joining a local tour is the practical way to reach these remote spots.
📶 5. Mobile, Language & Apps
- Get a local SIM at the airport arrivals hall or any operator store (passport required). Azercell has the widest coverage; Bakcell and Nar are solid alternatives.
- Current 2026 tourist options (prices shift, confirm in-store):
- Azercell "Guest Pack" ≈ 17 AZN (around 10GB + some minutes)
- Azercell "Tourist Packs" (Welcome / Super / MAX) start ≈ 39 AZN, include calls + data + bonus social-media traffic, 30-day validity
- Bakcell TravelSIM ≈ 35 AZN; Nar runs visitor bundles from ~14 AZN
- Check current pricing: https://www.azercell.com/en/personal/plans-and-services/roaming/tourist-tariffs.html
- eSIM (Caucasus multi-country plans covering AZ/GE/AM) is now widely available and convenient if your phone supports it.
- 📱 If you stay over 30 days, an unregistered phone's IMEI gets blocked. Short trips are fine.
- Use Google Translate or SayHi for real-time help.
- English is common in Baku tourist areas; Azeri, Turkish, Russian elsewhere.
📱 Useful Apps
- 🚖 Bolt, Uber, Yango – taxis
- 🚅 ADY – train tickets
- 🚌 Biletim – intercity bus tickets
- 🚏 Ayna MAAS – live bus arrival/departure times in Baku
- 💳 m10 – QR transport tickets + payments
- 🌐 Google Translate or SayHi – language
- 🗺 Maps.me or Google Maps – offline/online maps (Yandex Maps also good for buses)
- 💬 Telegram – local events/news channels
- 🎫 iTicket.az – concerts, plays, cultural events
💳 6. Money & Payments
- Currency: Azerbaijani Manat (AZN). ~1 USD ≈ 1.70 AZN as of early 2026 — confirm before you go.
- Taxis & Tips:
- Paying by card in-app reduces driver complaints and skimming.
- If paying cash, drivers may not return small coins — treat ~0.50–1 AZN as a small tip.
- Tipping an extra 1–2 AZN on longer rides or for good service is appreciated.
- Cards accepted at big venues, but cash is essential for street food, markets, and small transport.
- Downtown exchange offices give better rates than the airport.
- Some shops may "pretend" the card machine is broken to push cash — just go elsewhere.
- Exchanging money:
- USD and EUR are easiest to exchange. Bureaus on/around Nizami Street beat airport kiosks.
- Keep small notes (1, 5 AZN) for transport and tips.
Some add-ons: – Locals often round down prices or throw in something extra "for good mood" — especially if you smile or try a few Azeri words. – In small bakeries or markets, if you overpay by mistake, they usually correct you immediately. – Sellers appreciate genuine interest — they might explain an item, share a story, or offer a small discount unprompted. – People rarely pressure you to buy; many help with directions even if you don't. – If something feels off (overcharging, aggressive seller), calmly mentioning "polis" usually resolves it fast. – Aggressive street scams targeting tourists are uncommon — most locals want to leave a good impression.
🎭 7. Culture & Etiquette (from Locals)
👋 Greetings & Respect
- Handshakes are standard, but religious women may avoid them — let them initiate.
- Common casual terms among younger people:
- "qardaş" [Kar-dash] – brother / bro
- "bacı" [Bad-jee] – sister
- "dostum" [Dos-toom] – my friend
- "qaqaş" [Kah-khash] – bro / guy (very local)
- "abi" [Ah-bee] – borrowed from Turkish, also "bro" (common in Baku)
- "əmoğlu / dayoğlu" [Eh-mo-ghloo / Dai-yo-ghloo] – lit. cousin, used jokingly with strangers
👗 Dress & Public Behavior
- Baku is relaxed — T-shirts, shorts, light dresses are fine.
- In villages or mosques, dress modestly: cover shoulders and knees, especially women.
- Public affection isn't common — outside Baku it may draw stares.
- Loud arguments in public read as impolite. People value a calm, respectful tone.
🏠 Hospitality Rules
- If invited home: bring chocolates, fruit, or flowers.
- Shoes off indoors is standard; expect slippers from the host.
- You'll be offered tea (çay) — accept after a polite refusal or two. Declining flat-out can seem rude.
🗣 Language & Communication
- A couple of Azeri words go a long way:
- "Salam" [Sa-lahm] – Hello
- "Çox sağ ol" [Chokh sah-ohl] – Thank you
- "Bağışlayın" [Bah-ghish-layn] – Excuse me / Sorry
- "Zəhmət olmasa" [Za-hmet ol-ma-sa] – Please
- "Hə / Yox" [Heh / Yoh] – Yes / No
- "Necəsiz?" [Neh-jeh-seez?] – How are you?
- "Mən turistəm" [Men too-reest-em] – I'm a tourist
People often warm up fast if you try even a few words in Azeri.
- Locals may switch between Azeri, Russian, and Turkish — especially in Baku.
- Even without English, people help via gestures, apps, or by finding someone who can.
- Avoid political topics (Karabakh, Armenia) — even jokes can get tense.
- Religion is personal — don't probe unless it's brought up.
📸 Photos, Symbols & Rules
- Ask permission before photographing people, especially in villages or mosques.
- Don't photograph police, government buildings, or military sites — taken seriously.
- Avoid disrespectful comments about the flag, president, or national heroes.
🔍 Other Local Norms
- Tipping: round up or add 1–2 AZN in cafes and taxis.
- Littering is taken seriously — use bins.
- Haggling is normal in bazaars — do it respectfully and with a smile.
🔗 8. External Resources
- Official eVisa: https://evisa.gov.az
- Wikivoyage: https://wikivoyage.org/wiki/Azerbaijan
- Lonely Planet: https://www.lonelyplanet.com/azerbaijan
- Azerbaijan Travel (official): https://azerbaijan.travel
- Ministry of Tourism: https://tourism.gov.az/en
🗣 9. Local Advice – Add Yours in the comments!
- Always agree the taxi price before the ride if you're not using an app.
- If someone invites you for tea — say yes. It's usually safe and kind.
- Don't drink tap water outside Baku unless locals say it's fine.
- Skip political arguments, even as jokes.
- Haggle in bazaars, but politely.
- Get out of Baku for at least 2–3 days — that's where you see the real Azerbaijan.
- Don't expect trains to be fast.
- Vegetarians survive, but say "no meat" clearly outside Baku.
- Don't photograph government/police buildings.
👮 Police & Public Safety
- Police are highly visible in Baku and tourist areas — for safety, not intimidation.
- Generally helpful and respectful toward tourists — approach them for directions.
- In scams or disputes, police often side with tourists and take complaints seriously.
- Don't photograph police, metro murals, or official buildings — ask if unsure.
- If stopped by traffic police, ask to pay any fine through the official system, not cash.
🗣 10. Help Us Improve!
This guide is built from local insights and traveler experience. If you're Azerbaijani or know the culture, please share more tips, advice, or corrections below. Point out anything outdated — all feedback helps.
🛠 This post is updated as comments come in. Keep sharing below — every comment makes the guide better for the next visitor.
Thanks to u/N1C4T for the original post
r/azerbaijan • u/Inner_Telephone_8422 • 2h ago
Sual | Question Why is Azerbaijan such an unpopular country in popular culture?
huh?
r/azerbaijan • u/Illustrious_Page_984 • 13h ago
Söhbət | Discussion If Hungary and Serbia can overthrow authoritarian Orban and Vucic, why can't Azerbaijan?
Yesterday, a student's movement in Serbia overthrew the country's pro-Russian authoritarian president Aleksandar Vucic on the elections. A similar thing happened some months ago in Hungary with Viktor Orban. Why can't this happen in Azerbaijan?
r/azerbaijan • u/Senior_Speaker3845 • 4h ago
Sual | Question Bakılılara doktor Orxan İsgəndərovla bağlı sual.
r/azerbaijan • u/justfoooad • 9h ago
Sual | Question Oktyabr prizivi qalma ehtimalı
Komissiyadan keçmişəm çoxdan, amma hələ də çağırış gəlməyib. Bu gündən etibarən ay sonuna kimi gəlmə ehtimalı var hələ də yoxsa qaldım növbəti prizivə? Məlumatı, təcrübəsi olanlar bölüşsələr sevinərəm
(Binəqədi voenkomatıdı bu arada)
r/azerbaijan • u/Senior_Speaker3845 • 4h ago
Sual | Question Bakılılara doktor Orxan İsgəndərovla bağlı sual.
Bildiyim qədərilə, doktor Orxan İsgəndərov, Ege klinikasında çalışan savadlı və yaxşı psixiatrdır. Amma vacib bir sual ortaya çıxıb: o, rusca danışırmı və rusdilli pasiyentləri qəbul edirmi? Kimsə kömək edə bilsə, şad olardım.
Eng.As far as I know, Dc. Orxan İskenderov is a qualified and good psychiatrist who works at the Ege clinic. However, an important question has come up: does he speak Russian, and does he see Russian-speaking patients? I would appreciate it if someone could help with this.
r/azerbaijan • u/Own-Base-7511 • 14h ago
Söhbət | Discussion Should a democratic Azerbaijan seek EU membership/integration?
In the case we get rid of the Aliyev regime, does Azerbaijan's future lie in Europe?
r/azerbaijan • u/Menadram • 1d ago
Xəbər | News Oqtay Saral Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən qovulub
Oqtay Saral (Ərdoğanın baş müşaviri) Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılması ilə bağlı məhdudiyyətləri tənqid etmiş və Azərbaycan rəhbərliyinə çağırış etmişdi. Bu açıqlamalardan sonra o Ərdoğan tərəfindən vəzifədən uzaqlaşdırılıb.
r/azerbaijan • u/mamihlapinatapaj • 9h ago
Söhbət | Discussion Dim imtahanına hazırlaşmaq istəyirəm
r/azerbaijan • u/MertOKTN • 1d ago
Şəkil | Picture Just a picture of Supreme Leader Aliyev
Found this on the BBC website
r/azerbaijan • u/No-Strength2112 • 19h ago
Səyahət | Travel Where can I buy an affordable, reliable MacBook in Baku, Azerbaijan?
Hi everyone!
I’ll be staying in Baku for a short period and need to buy a MacBook to use during my stay. My budget is limited, so I’m open to buying a used or refurbished MacBook from around 2017–2019 or any , as long as it’s in good working condition.
Could you recommend any trusted and affordable retailers, online marketplaces, or individual sellers in Baku where I can buy one?
I tried looking on Amazon, but it doesn’t seem to be readily available here. Is there a local equivalent of Amazon, or any reputable website where people buy and sell laptops?
I’d really appreciate recommendations based on your personal experiences, especially places where I can find genuine Apple products at reasonable prices without worrying too much about scams.
Thanks in advance for your help!
.
r/azerbaijan • u/No-Strength2112 • 19h ago
Səyahət | Travel Used MacBook in Baku I don’t mind about specs even if a 2017 pro or whatever..
Hi guys I am a short stay in Baku an I need to have a MacBook to use during the stay could you recommend me a retailer who is very good legit and affordable person my budget is limited.. please reply here or dm asap.. I don’t mind mind about the specs as long as it will do the work (meetings .. office work) or is Amazon in Baku or something like that were I can buy from.
r/azerbaijan • u/Illustrious-Hat-1349 • 17h ago
Sual | Question Remitly istifade eden olubmu aranızda
Salam, mene xaricden remitly ile pul geldi. Karta deposit etmek isteyende problem çıxdı. Kapital bank'ın kartını support elemir.
Bildiyiniz bank varmı remitly il elaqesi olan?
r/azerbaijan • u/AbjectTrade8169 • 1d ago
Söhbət | Discussion Fikir vermisiniz ki rusdilli azərbaycanlıların arasında Əliyev fanları həddindən artıq çoxdur? Bunun səbəbi nədir?
Təbii ki azərbaycan dillilər də propaqanda düşüncə sahibi çox vaxt olurlar. Passiv ola bilərlər, biliksiz ola bilərlər, dəmir yumruq, zırt-pırt və s. Amma mən müşahidə etmişəm ki rus dillilər arasında daha ağlayası vəziyyət yaranıb. Az sektorlular çox vaxt öz şəxsi həyatlarından başqa heçnəyi veclərinə almırlar, amma rus dillilərin tamamilə beyinləri yuyulur və nəticədə ağızların içinə nə qədər pox qoyulsa da loyal qalırlar. Bəzilərin həqiqətən siyasi məhbuslardan xəbərləri yoxdur, zarafat eləmirəm...
Vəziyyət doğurdan belədir yoxsa sadəcə mənim çevrəm belədir? Rusdilli dostlarım siyasi zombi kimidilər. Maraqlı tərəfi odur ki başqa ölkələrin (Rusiya,Ukrayna,ABŞ,Avropa ölkələri və s) siyasətinə və tarixinə maraq göstərirlər amma bizim ölkəmizə çatanda şablon propaqanda tezislərilə danışırlar. Mən deyəndə ki Əliyevdən nifrət edirəm həqiqətən təəcübləndilər. Həqqi düşünürlər ki Əliyevə alternativ ola bilməz (ağıllılar anlamırlar ki alternativin yaranması üçün şəraiti artıq boğub öldürdülər). Əvvəllər çoxlu mübahisə edirdim onlarla, amma artıq dözə bilmirəm, çalışıram söhbət siyasətə gəlib çıxmasın. Hər şeydən narazıdılar, özləri universiteti qutaran kimi ölkədən qaçmaq istəyirlər, amma xiyar prezidentlərini axıra qədər qoruyurlar. Hamsının da 18-20 yaşı var, bu faktor məni həqiqətən qorxudur. Çalışıram fikirlərini biraz dəyişməyə çalışım amma effekti çoooox azdır.
Bu niyə belədir və buna qarşı nəsə edə bilərikmi?
Məncə səbəbi müxalifət yönümlü medianın (Meydan TV, Abzas TV, Toplum TV və s.) və siyasətçilərin hökümət yönümlü mediadan fərqli olaraq rus dilində heç bir məlumatın paylaşmamasıdır. Başqa bir səbəb ağlıma gəlmir. Nəticədə belə gənclər özlərinə əziyyət verməmək üçün ancaq oxu.az, bakuws və digər gic-gic xəbər portallarından xəbərlər alırlar və müxalifətdən ümumiyyətlə xəbərləri olmur. Dil məsələsi ayrı bir mövzudur, rus sektorda az dili normal keçirilmir və nəticədə uşaqlar ölkənin rəsmi dilini bilmir. Bəli, bu problemdir, amma bu reallığımızdır. Narazılıq bildirə bilərsiniz ki bura Rusiya deyil, niyə rus dilində danışan müxalifətçilərimiz olmalıdır sırf az dilini normal bilməyən adamlar üçün, amma xoşunuz gəlsə də, gəlməsə də onlar da bu ölkənin vətəndaşlarıdırlar və onlarla dialoq qurmaq vacibdir yoxsa o dialoqu İlham Əliyev quracaq onlarla. Həmçin deyə bilərsiniz ki azdilli vətəndaşlarımız güya belə cəsarətlidirlər ki, güya sayları biraz daha çox olsa dövlət çevrilişi edəcəklər? Niyə sırf bəzi rusdillilərin ölkənin əsl vəziyyətindən xəbərləri olsun deyə bu qədər əmək sərf etməlidir müxalifət ? Haqlı ola bilərsiniz, bu dəqiqə millətimiz ümumiyyətlə bir kütlə olaraq çox qorxaq olub. Öz komfortlarını qorumaqla görmürlər ki komfortu yavaş yavaş alırlar əllərindən. Düzdür, amma bizdə iki dənə seçim var - ya hamı komada olsun, ya camaat heç olmasa xəbərdar olsun ölkəni idarə edənlərin əsl üzlərindən. Mən ikincisini seçərəm. İndi effekti olmasa da, vaxt getdikcə bu ölkəni məhv edənlərə problem dalınca problem yarada bilər (heç olmasa camaatın çoxsunu aldada bilməyəcəklər). Bizim vətəndaş olaraq borcumuz həqiqətləri insanların hamsına maksimum dərəcədə yaymaqdır.
Tanışlarımın cahilliklərinə baxanda hərdən ağlamağım gəlir, bəzilərə cringe səslənsə də
r/azerbaijan • u/rouzegaaribigharaar • 1d ago
Sənət | Arts Şəhriyar və Heydərbabaya Salam
galleryr/azerbaijan • u/kaynana_hoplatan69 • 1d ago
Sual | Question Where are you based? Baku, other cities, or abroad? 🌍
Hey everyone
I’ve been curious about the demographics of our subreddit community. Is almost everyone here based in Baku, or do we have members living in/from other cities across Azerbaijan (like Ganja, Sumqayit, Lankaran, Sheki, etc.) or living abroad?
Where are you currently based or originally from? Would love to hear from you in the comments.
r/azerbaijan • u/Icy_Direction7726 • 1d ago
Sual | Question Can somebody help me with this word?
I was taking a look at the lyrics of the song "Fəridəm" and I heard a new word, which according to spotify is spelt as "Görüşdüyümüz". Google translate translates it as the phrase "we met" in English, but coming from my own language, I know how inaccurate it can be at times, and when i try to look it up, I don't find any other uses of the word. For reference, the verse is "Görüşdüyümüz yerlər olsun mənim məzarım". I visited azerbaijan this summer and absalutely fell in love with the people, the language, the culture and the country, so any resources to help me learn Azerbaijani are well appreciated! Sağ ol!
r/azerbaijan • u/TalePrestigious7819 • 1d ago
Sual | Question A question for the locals and students in uni
Hello, Asalamualaikum
So, basically I was going to apply for university in Azerbaijan for MBBS as they have a good uni and I’m Pakistani so I thought it would be good as it is also a muslim country. However, now they have put this ban I want to ask if you are allowed to wear hijab like outside in public or in universities? Because I won’t take my hijab off and before applying and wasting money I would like to know.
Thank you and May Allah protect all the women and girls facing hardship within the country. Allah is with you all and will surely help. “So, surely with hardship comes ease.” (94:5)
r/azerbaijan • u/Specialist-Code8666 • 1d ago
Sual | Question ITicket.Az and VivaGo
So I have a question, I purchased tickets through Vivago, and someone is sending me emails, so that they can send me the tickets through ITicket.Az. Is this legit?
r/azerbaijan • u/NerdyGenius • 1d ago
Sual | Question Bakıda böyüklər üçün piano müəllimi, məşq məkanı və piano seçimi (Tövsiyə lazımdır)
Salam, dostlar. 24 yaşım var və sıfırdan piano öyrənməyə başlamaq istəyirəm. Sadəcə əzbərləməklə deyil, gələcəkdə müxtəlif əsərləri sərbəst ifa edə bilmək üçün notları və musiqi bazasını öyrənərək başlamaq fikrindəyəm. Bununla bağlı təcrübəsi olanlardan bir neçə məsləhət almaq istərdim:
- Müəllim, kurs və qiymətlər: Həftə içi işdə olduğum üçün yalnız axşam saat 18:00-dan sonra və ya həftə sonları dərslərə gedə bilərəm. Böyüklərlə işləmə təcrübəsi olan, amma not üzərindən düzgün baza öyrədən fərdi müəllim və ya kurs tanıyan var? Hazırda Bakıda aylıq dərs qiymətləri təxminən nə qədərdir?
- Məşq etmək üçün məkan: Hələ ki evdə pianom yoxdur. Bakıda saathesabı gedib sərbəst piano məşq edə biləcəyim məkanlar varmı və saatı neçəyədir?
- Piano seçimi: Başlanğıc üçün evə münasib büdcəli piano almaq istəsəm, hansı modelləri və Bakıda hansı mağazaları məsləhət görərsiniz? İkinci əl almaq nə dərəcədə məntiqlidir və qiymətlər hansı aralıqdadır?
Öncədən hər kəsə təşəkkürlər!
r/azerbaijan • u/Steppe_Rabbit858 • 1d ago
Sual | Question What’s the weather in Baku in late November?
Visiting the city in late November, and curious, how cold can it get there? I know that Baku is usually very windy hence it can feel pretty much cold.
r/azerbaijan • u/Ok-Vermicelli1342 • 1d ago
Sual | Question Magistratura imtahanına (DİM) hazırlıqla bağlı məsləhətə ehtiyacım var (Bakalavrı illər əvvəl bitirmişəm)
Azərbaycanda magistraturaya hazırlaşmaq qərarına gəlmişəm, amma bakalavr pilləsini illər əvvəl bitirdiyim üçün hazırkı sistemdən, resurslardan və dərslərdən xeyli uzaq düşmüşəm. Bu yollardan keçmiş və ya hazırda hazırlaşanlardan bəzi məsləhətlər almaq istəyirəm:
- Hansı kursları məsləhət görürsünüz? (Məntiq, İnformatika və Xarici dil üçün həm keyfiyyətli, həm də tələbəyə yanaşması yaxşı olan kurs və ya fərdi müəllim axtarıram).
- Hansı kitablar və vəsaitlər ən yaxşıdır? Özbaşına oxumaq və ya kursla paralel aparmaq üçün DİM-in proqramına ən uyğun resurslar hansılardır?
- Təcrübəniz və strategiyanız: Uzun fasilədən sonra yenidən dərslərə adaptasiya olmaq üçün nəyi, necə etməyi tövsiyə edərdiniz?
Öz təcrübəsini bölüşən hər kəsə əvvəlcədən təşəkkürlər!
r/azerbaijan • u/fantom_rr • 2d ago
Söhbət | Discussion Sick and tired of avara-type people on the street
It’s a common thing when going out with my friends when some random dudes come up to us with a photo of a woman and small pieces of paper with prayers or smth on them, asking us for money. They usually guilt trip you by telling you that the woman on the photo is their sick mother that needs medication, which is probably just a made up story. I have no words to describe how low you must be as a person to do that, use a photo of a random woman as your “mother”. And they really sometimes straight up get mad at you if you ignore or refuse to give them any. Today a similar situation happened when walking with my friend, two dudes approached us asking for money (They didn’t ask for it directly, but one of them was telling us a story about how broke he is and about his “tough situation” so i understood his intention right away)I told him that we have no money and we have to go. Well, they got butthurt, started yelling some shit behind our backs trying to provoke some reaction, while we just walked away. That’s mad disgusting.
(I don’t know if rant posts are prohibited, sorry just in case if they are)